Accessibility links

Rusiya hərbi qüvvələri Tbilisi istiqamətində hərəkət edir


Rusiyanın hərbi yük və zirehli maşınlardan ibarət hərbi konvoyu strateji Qori şəhərindən keçib paytaxt Tbilisi istiqamətində hərəkət edir. Rusiya konvoyunu müşayiət edən qərb müxbirlərinin verdiyi məlumata görə, hərbi maşınlar sürətlə cənub-şərq istiqamətində hərəkət edir və hələlik heç bir müqavimətlə qarşılanmayıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili CNN tele-şirkətinə bildirib ki, ruslar paytaxtı mühasirəyə almağı planlaşdıra bilər. O deyib ki, Gürcüstan hərbi qüvvələri Tbilisini onun ifadəsilə, “son damla qanadək” müdafiə edəcək.

Bundan öncə Gürcüstanın Mili Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaniya bildirib ki, Rusiyanın 50-yə yaxın tankı və zirehli maşını Qoriyə daxil olub. Gürcüstan rəsmiləri əsas etibarilə boşalmış şəhərin talan edildiyi haqda məlumat veriblər. Həm Gürcüstan, həm Rusiya Fransanın vasitəçilik etdiyi sülh planın əsas müddəaları ilə razılaşıblar. Planda Cənubi Osetiyadan qüvələrin çıxarılması və humanitar yardım işçilərinin azad hərəkət etməsinə imkan verilməsi nəzərdə tutulur. Rusiya sazişin pozulmadığına təkid edir.







XS
SM
MD
LG