Accessibility links

Olimpiyada tarixinin ən müvəffəqiyyətlisi - Maykl Felps


Pekin Olimpiya Oyunlarında 5-ci qızıl medalını qazanan, ümumilikdə isə 10 və 11-ci olimpiya qələbəsinə imza atan amerikalı üzgüçü Maykl Felps Olimpiyada tarixinin ən müvəffəqiyyətli oyunçusu olub. Felpsin su eynəyinin düşərək gözünü zədələməsinə baxmayaraq, o, baterflay növü üzrə 200 metr məsafədə dünya rekordunu təzələyib. Bundan bir saat sonra Felps və onun 3 amerikalı komanda yoldaşı 4 nəfərlik 200 metr məsafə müsabiqəsində də qızıl medal əldə edib. Bu növdə də yeni dünya rekordu qeydə alınıb. Bununla Felps aktivindəki qızılların sayını 5-ə çatdırıb.

Bu gün Olimpiadada Azərbaycanlı idmançıların çıxışları uğurlu olmayıb. Olimpiya çempionu Fərid Mənsurov ilk görüşdə Ukrayna güləşçisinə məğlub olaraq, yarışlardan kənarda qalıb.

XS
SM
MD
LG