Accessibility links

ABŞ prezidenti Corc Buş Gürcüstan hadisələrinə dair bəyanatla çıxış edib


ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə Gürcüstan hadisələrinə dair qısa bəyanatla çıxış edib. Amerikanın mövqeyini açıqlayan prezident Rusiya-Gürcüstan münaqişəsini təhlükəsizlik rəsmiləri ilə müzakirə etdiyini bildirib. ABŞ prezidenti Corc Buş Gürcüstan və Fransa prezidentləri Mixail Saakaşvili və Nikola Sarkozi ilə bu gün səhər telefon müzakirəsi keçirdiyini bildirib. Prezident deyib ki, Amerika Birləşmiş Ştatları Avropa Birliyinin hazırkı prezidenti Fransanın münaqişənin həllindəki vasitəçilik səylərini ciddi şəkildə dəstəkləyir. Birləşmiş Ştatar demokratik yolla seçilmiş Gürcüstan hökumətinə dəstək verir və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edir.

XS
SM
MD
LG