ABŞ prezidenti Corc Buş Rusiyanı hərbi qüvvələrini Gürcüstandan çıxarması çağırışlarını bir daha təkrar edib. Bu gün Ağ Evdə danışan prezident Gürcüstanın suverenliyinə hörmət göstərilməsini tələb edib. Corc Buş deyib ki, Gürcüstan xalqı qərb demokratiyaları arasında yer alıb və Qərb Gürcüstanı tək qoymayacaq. Prezidentin çağırışları ABŞ dövlət katibi Kondoliza Raysın Tbilisidə prezident Mixail Saakaşvili ilə Rusiya ilə atəşkəs əldə edilməsi səyləri vaxtına təsadüf edir. Xanım Rays atəşkəs razılığının Rusiya qüvvələrinin Gürcüstanı təkr etməsini təminat altına alacağını deyib.