Iraq polisinin məlumatına görə, cümə axşamı 19 zəvvarın ölümü ilə nəsicələnmiş hücumdan sonra baş verən yolkənarı bomba partlayışı müqəddəs Kərbəla şəhərində dini mərasimə gedən daha bir şıə zəvvarının ölümünə səbəb olub.
Onlar deyirlər ki, sonuncu bomba partlayışı zəvvarlarla dolu avtobus Bagdaddan Kərbəlaya yola düşərkən baş verib.
İraqın hakim dairələri 12-cı və sonuncu Şıə İmamının anadan olmasının ildönumu münasibətilə keçiriləcək illik mərasim ərəfəsində qan tökülməsinin qarşısını almaq məqsədilə Kərbəla ətrafına 40 mindən artıq polis və hərbçi cəmləşdiriblər.
Təhükəsizlik orqanları qadın zəvvarları yoxlamadan keçirmək üçün 2 minə yaxın qadın personal cəlb edəcəklər.
Cümə axşamı iki intiharçı qadın İskəndəriyyədə Kərbəlaya yola düşən zəvvarlaın ən azı 19-nun ölümünə səbəb olmuşdu. Amerikalı və iraqlı səlahiyyətlilər Əl-Qaidənin intihar hücumlarında getdkcə daha çox qadından istifadə etdiyini bildirirlər.