Rusiya prezidenti Dmitri Medvedev bildiriblər ki, ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsi planının Rusiya əleyhinə yönəldiyi artıq aydındır. Rəsmilər ABŞ-la Polşa arasında razılığın əldə edilməsinin tezliyinin onun İran deyil, Gürcüstan böhranı ilə əlaqəsini göstərdiyini bildirib. Rus general Anatoli Noqovitsin deyib ki, razılıq Moskva ilə Vaşinqton arasında onsuz da gərgin olan əlaqələri daha da gərginləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılığa dərhal reaksiya verərək, gələn ay üçün planlaşdırılan Polşa səfərini təxirə salıb. ABŞ və Polşa diplomatları Avropada raketlərlədən müdafiə sisteminin yerləşdirilməsinə dair danıqışların növbəti raundunu razılıq əldə edərək dünən başa çatdırıblar.