İsrail Fələstin hökumətinə xoş məramını nümayiş etdirmək üçün 200 fələstinli məhbusu buraxmaq haqda planını açıqlayıb. İsrail kabineti bu gün baş nazir Ehud Olmertin bu ayın əvvəlində irəli sürdüyü təklifi təsdiq edib. Bu addım tərəflər arasında qarşılıqlı etimadı gücləndirmək məqsədi daşıyır. Fələstinli rəsmilər İsrailin hərəkətini alqışlamış, eyni zamanda daha çox məhbusun azad edilməsinə çağırmışlar. İsrail hökumət rəsmiləri deyirlər ki, buraxılması planlaşdırılan 2 fələstinli 1970-ci illərdə İsrailə qarşı hücumlar təşkil etmişdi. Rəsmilər inanırlar ki, həmin bu şəxslər zorakılığa əl atmayacaqlar. Hazırda İsraildə 11 min fələstinli məhbus qalır.