Accessibility links

Diyala vilayəti qubernatorunun ofisinə reyd zamanı onun katibi öldürülüb


Bu gün İraqın Diyala vilayəti qubernatorunun ofisinə reyd zamanı onun katibi öldürülüb. Qubernator Molla Cavadın dediyinə görə, İraq əsgərləri Baqubadakı hökumət idarəsinə hücum edərkən, o, binada olmayıb. Əsgərlər vilayət şurasının təhlükəsilzik komitəsinin rəhbəri Hüseyn Əl-Zübeydini həbs edib. 41 üzvlü şura bu insidentə etiraz olaraq tətil elan edib. Reydin səbəbləri aydın deyil. ABŞ ordusu reyddə iştirak etmədiyini bildirir.

XS
SM
MD
LG