Accessibility links

İspaniyada təyyarə qəzasının səbəbləri araşdırılır


İspaniyanın ən iri hava qəzasının videosu göstərir ki, uçuş zolağından çıxmazdan əvvəl təyyarədə yanğın baş verməyib. İspan mediası bu gün məlumat verir ki, həmin video şahidlərin dediklərini təkzib edir. Şahidlər söyləmişdi ki, təyyarənin mühərrikləri yerdın qalxmazdan əvvəl alovlanıb. Rəsmilər indi təyyarı qəzasında başqa səbəblərin də olduğunu deyirlər. Bu arada matəm içində olan qohumları qəzada ölmüş 153 sərnişinin kimliyini müəyyən etməyə çalışırlar. Rəsmilər yanmış cəsədləri bu gün Madrid qurultay mərkəzinə köçürüblər.

XS
SM
MD
LG