ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn Barak Obamanı bir daha tənqid edib. Makkeyn kampaniyası Barak Obamanın senator Co Baydeni vitse-prezidentliyə namizəd göstərməsindən az sonra bəyanat və televiziya reklamı ilə çıxış edib. Reklamda Co Bayden 2007-ci ildə Barak Obamanın prezidentliyə hazır olmadığını deyir. Makkeyn kampaniyası bildirib ki, Barak Obamanın təcrübəsizliyinə bundan kəskin tənqid ola bilməz. Makkeyn respublikaçıların vitse-prezidentliyinə namizədi avqust ayının 29-da Respubliakçıların 4 günlük qurultayından 3 gün əvvəl açıqlamalıdır.