Accessibility links

Ankarada “Qafqaz evi” müzakirələri keçiriləcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qafqazdakı vəziyyəti müzakirə etmək üçün avqustun 29 -da Türkiyəyə gedəcək. Bu barədə “Amerikanın səsi”nə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlik rəsmisi deyib ki, səfər işçi məsləhətləşmə xarakteri daşıyır.
Elmar Məmmədyarov Ankarada Türkiyə prezidenti, baş naziri və başqa rəsmi şəxslərlə görüşərək, Rusiya-Gürcüstan münasibətlərini və Ankaranın irəli sürdüyü “Qafqaz Evi” təklifini müzakirə edəcək.
Bu səfərdən sonra Gürcüstan və Rusiyanın da xarici işlər nazirlərinin yaxın günlərdə Turkiyəyə ziyarətləri nəzərdə tutulub.
Nazirlik rəsmisi tezliklə Ermənistanla da diplomalik səviyyədə “Qafqaz Evi” mövzusunda müzakirə aparılacağını bildirib.

XS
SM
MD
LG