Accessibility links

Hindistan Kəşmirində nümayişlərə son qoyulub


Hindistan Kəşmirində iki aydır davam edən nümayişlərə son qoyulub. Bu, hökumətin hinduların müqəddəs saydıqları ərazilərdən müvəqqəti istifadəsinə icazə verilməsi qərarından sonra baş tutub. Hindistan rəsmiləri 40 hektarlıq ərazinin Amarnat məbədinin illik ziyarəti vaxtı istifadə edilməsinə icazə verib. Hökumət mərasimdən sonra bu ərazinin nəzarətini yenidən əlinə alacaq. Gərginliklər bu Himalay regionunda iyun ayında hökumətin bu əraziləri müsəlmanların yaşadıqları bölgəyə qatılması qərarından sonra baş qaldırmışdı. Nümayişlər zamanı 35 adam ölüb, yüzlərlə insan yaralanmışdı. Dünən səlahiyyətli nümayəndlər ötən şənbə günündən qüvvədə olan kommendant saatını yüngülləşdirib.

XS
SM
MD
LG