Accessibility links

Gürcüstan M-85 növlü bombalardan istifadə etdiyini etiraf edib


Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch bildirir ki, Gürcüstan Cənubi Osetiya münaqişəsi zamanı M-85 növlü bombalardan istifadə etdiyini etiraf edib. Təşkilatın bildirdiyinə görə, Gürcüstanın Müdafiə Nazirliyi M-85 növlü bombalardan Rusiyanı Cənubi Osetiyaya bağlayan Roki tunelində istifadə edildiyini bildirib. Human Rights Watch Rusiyanın da bir neçə bölgədə bu kimi bombalardan istifadəsinin artıq təsdiq edildiyini deyir. Rusiya isə bunu rədd edir. Qrupun məlumatına görə, həmin bu bombaların partlayışları zamanı 14 mülki vətəndaş həlak olmuş, 4 gürcü kəndində onlarla insan yaralanmışdır.

XS
SM
MD
LG