Accessibility links

Boliviya prezidenti Tehrandadır


Boliviya prezidenti Evo Morales İran liderləri ilə enerji, investisiya və ikitərəfli əlaqələr barədə danışıqlar aparmaq üçün Tehrandadır. Cənab Morales böyük nümayəndə heyəti ilə birgə İran paytaxtına bu gün çatıb. Onun iranlı həmkarlı Mahmud Əhmədinejadla görüşü gözlənilir. Keçən il Boliviyaya səfəri zamanı cənab Əhmədinejad Boliviyanın yanacaq və qaz sənayesini inkişafı üçün bir milyard dollardan çox investisiya yatıracağına söz vermişdi. Boliviya Venesueladan sonra Cənubi Amerikanın ən çox təbii qaz ehtiyatına malik 2-ci dövlətidir.

XS
SM
MD
LG