Accessibility links

Respublikaçılar daxilində Sara Peylin haqda müxtəlif fikirlər səslənir


Minnesota ştatında Respublikaçılar partiyasının qurultayının 3-cü günü keçirilir. Seint Pol şəhərində qurultayı izləyən əməkdaşımız Dilşad Əliyarlının bildirdiynə görə, bu gün qurultaya Con Makkeyn də qoşulub. Hava limanında onu vitse-prezidentliyə namizəd Sara Peylin və onun ailə üzvləri ilə yanaşı, senator Makkeynin həyat yoldaşı Sindi Makkeyn qarşılayıblar. Qurultayın 3-cü günü bütün diqqətlər vitse-prezidentliyə namizəd Sara Peylinin çıxışına yönəlib. Sara Peylin barədə partiya daxilində müxtəlif fikirlər var. Bəziləri onun güclü siyasətçi olduğunu söyləsələr də, digərləri Alyaska qubernatorunun təcrübəsiz olmasından şikayətlənir. Gün ərzində qurultayda baş verənlərlə bağlı Dilşad Əliyarlının Seint Poldan göndərdiyi ətraflı məlumatı səsli faylı yükləməklə əldə edə bilərsiniz.

XS
SM
MD
LG