Amerika
vitse-prezidenti Dik Çeyni
Rusiyanın ötən ay Gürcustana
müdaxiləsindən sonra dəstək əlaməti olaraq post-sovet ölkələrinə
həftəlik turneyə başlayıb. Çeyni
bu gün Azərbaycandadır, daha sonra Gürcüstana və Ukraynaya gedəcək. Səfər Birləşmiş Ştatların Gürcüstanın
Rusiyanın hərbi əməliyyatlarından sonra bərpası üçün bu ölkəyə bir milyard
dollar iqtisadi yardım paketi elan etməsindən sonra reallaşır. Çeyni səfər
ərzində həmçinin enerji problemini müzakirə edəcəyi gözlənilir.