Accessibility links

Dəməşqdə regional sabitlik məsələləri müzakirə edilib


Fransa, Türkiyə, Qatar və Suriyanın liderləri bu gün Dəməşqdə görüş keçirib, İsrail-Suriya arasında diplomatik əlaqələr və İranın nüvə proqramı da daxil edilməklə, regional sabitlik məsələlərini müzkirə ediblər. Sammitdə Fransa prezidenti Nikola Sarkozi, Suriya prezidenti Bəşər ƏL-Əsəd, Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan və Qatarın əmiri Şeyx Həməd Bin Xəlifə Əl Tani iştirak ediblər. Prezident Əsəd deyib ki, türk vasitəçiləri tərəfindən İsrailə təkliflər göndərilib və bu təkliflərə İsraillə Suriya arasında birbaşa müzakirələr daxildir. Sammitdə çıxış edən Fransa prezidenti Nikola Sarkozi İrana nüvə silahları barədə xəbərdarlıq verərək, Tehranın böyük risk altına girdiyini bildirib.

XS
SM
MD
LG