Accessibility links

Məhkəmə Hollandiyanın müsəlman ailələrinə heç bir borcu olmadığı haqda qərar çıxarıb


Hollandiya məhkəməsi 1995-ci ildə Hollandiya sülhməramlı qüvvələrinin Bosnia müsəlmanlarını serb qüvvələrinə təhvil verməsi ilə bağlı məhkəmədə Hollandiyanın həmin şəxslərin ailələrinə heç bir borcu olmadığı haqda qərar çıxarıb.

Məhkəmənin belə bir qərar çıxarması 6 il vaxt apardı. Lakin bunu “qorxulu yuxu” adlandıran Həsən Nuhanoviç apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib. Nuhanoviç 1995-ci ildə Serb ordusunun Serebrenitsadan çıxarılmasından sonra Daniyanın BMT tərkibindəki qüvvələrinə tərcüməçilik edirdi. Minlərlə müsəlman qaçqını ilə birlıikdə Nuhanoviç, onun anası, atası və qardaşı Daniya hərbiçiləri tərəfindən serblərə təhvil verilib. Təhvil verildikdən sonra 8000 kişi və oğlan uşağı, eləcə də Nuhanoviç və onun bütün ailəsi serblər tərəfindən qətlə yetirilib.

Serebrenitsada qətlə yetirilən Nohanoviç və montyor Rezo Mustafiçin ailələri həmin şəxslərin Hollandiya sülhməramlı qüvvələri tərkibində çalışdıqlarına görə Hollandiya hökumətindən bu qətllərə görə kompensasiya tələb edirlər. Haaqa Mahal Məhkəməsi isə hökumətin buna cavabdeh olmadığını, o zamanlar Hollandiya qüvvələrinin BMT tərkibində fəaliyyət göstərdiyini bildirib.

XS
SM
MD
LG