Hindistan
polisi dünən
Yeni Dehlidə baş verən və 30 nəfərin ölməsi, 100-dən çoxunun yaralanması ilə
nəticələnən ardıcıl bomba hücumlarını həyata keçirməkdə şübhəli bilinən 10
nəfəri saxlayıb. Rəsmilərin sözlərinə görə, bombalar paytaxtın mərkəzindəki 4
bazarda aralarında qısa fasilələr olmaqla 30 dəqiqə müddətində partlayıb. Polis
digər 4 bomba hücumunu təkzib edib. İslamçı militant qrup “Hindistan
Mücahidləri” yerli xəbər mərkəzinə e-mail yazaraq məsulliyəti öz üzərinə
götürdüyünü bildirib. Habelə digər kiçik bir qrup iyul ayında baş vermiş bomba
partlayışlarının məsuliyyətini öz üzərinə götürüb. Hindistan baş naziri
Manmohan Sing hücumu ittiham edib, Yeni Dehlinin meri isə insanları
sakitləşməyə çağırıb. Pakistan prezidenti Əli Zərdari və baş naziri Yusuf Rza
Gilani hadisədə məsuliyyət daşıyanları “insanlığın düşmənləri” adlandırıb.