Accessibility links

Texasda mindən çox adam xilas edilib


Helikopter, qayıq və yük maşınlarında xilasedicilər Ayk qasırğası zamanı evakuasiya əmrinə riayət etməmiş adamları xilas etmək üçün fəlakət zonasına gəliblər. Prezident Corc Buş bildirib ki, axtarış və xilas missiyaları zonada başlıca prioritetdir. Texas qubernatoru Rik Perri deyir ki, fövqəladə hallar işçiləri mindən çox adamı artıq xilas ediblər. Rəsmilər ehtiyat edirlər ki, minlərlə insan evlərində ilişib qalıb. Ayk qasırğası ABŞ-ın 4-cü ən iri şəhəri Hyuston üzərindən keçdikdən sonra ərazidə böyük dağıntılara səbəb olub. Saatda 175 kilometr sürətə malik küləklər elektrik xəttlərini qırmış və yanğınlar törətmişdir.
XS
SM
MD
LG