Accessibility links

İraqda Əl Qaida hədəfinə reyd olub


ABŞ hərbçiləri bildirir ki, Bağdadın şimalında Əl Qaida hədəfinə edilən reyd nəticəsində 3 qadın daxil olmaqla 7 İraq vətəndaşı öldürülüb. Koalisiya qüvvələri Tikritdə içərisində bomba düzəldən şəxsin olduğu güman edilən binanı mühasirəyə almışlar. Şübhəli şəxs binanı tərk etmədikdən sonra hava zərbəsi üçün müraciət edilmiş və edilən hücum nəticəsində 3 əlavə qiyamçı və 3 qadın öldürülmüşdür. Hərbçilər deyir ki, dağıntıdan çıxarılan uşağa tibbi yardım göstərilir. Bu arada Cənubi Koreyanın müdafiə nazirliyi bu ilin sonundaək bütün qoşunlarını İraqdan çıxaracağını təsdiq edib. Cənubi Koreyanın hazırda İraqda 600 əsgəri qalır.
XS
SM
MD
LG