İraqda
ABŞ bazasında iraqlı məhbusu qətlə yetirməkdə ittiham olunan amerikalı
əsgərlərin məhkəmə öncəsi dinləməsi başlayıb. Birinci Leytenant Maykl
Behennanın dinləməsi bu gün Tikrit şəhəri yaxınlığındakı bazada açıq elan
olunub. Dinləmə məhkəmə üçün kifayət qədər dəlilin olub-olmamasını müəyyən
edəcək. Behenna və başqa ABŞ əsgəri qisas niyyətilə qətl həyata keçirməkdə,
yalançı hesabat hazırlamaqda və iraqlı məhbus Əli Mansur Məhəmmədin ölümü
barədə cinayət işinin açılmasına mane olmaqda günahlandırılırlar. Birləşmiş
Ştatlar ordusundan bildirilir ki, İraqda 2 müxtəlif obyektdə 21 mindən çox
məhbus saxlanır.