Accessibility links

Ehud Olmert istefa ərizəsini prezidentə təqdim edir


İsrail rəsmiləri bildirirlər ki, baş naziri Ehud Olmert bu gün istefa ərizəsini prezident Şimon Peresə rəsmən təqdim edəcək. Cənab Olmert bu gün hökumətinin iclasında vəzifəsindən kənara çəkilməsi planı barədə məlumat verib. O, kabinetinin yığıncağında xarici işlər naziri Tzipi Livnini Kadima partiyasının yeni lideri kimi dəstəkləyəcəyini bildirib. Prezident Peresin xanım Tzipi Livniyə koalisiya hökumətinin təşkili və baş nazir vəzifəsini öhdəsinə götürməsini istəyəcəyi gözlənilir. Tsipi Livni koalisiya hökumətini təşkil edə bilməsə, növbədənkənar parlametdə seçkilər keçirilməlidir.
XS
SM
MD
LG