Accessibility links

ABŞ nüvə silahsızlaşdırılması ilə bağlı razılığı xilas etmək istəyir


ABŞ-ın nüvə müzakirəçisi Kristofer Hill Şimali Koreyanın paytaxtı Pxenyana gedərkən yolüstü Cənubi Koreyada dayanıb. Səfərin məqsədi nüvə silahsızlaşdırılması ilə bağlı razılığı xilas etməkdir. Bu gün Seulda hava limanında müxbirlərə açıqlama verən Hill deyib ki, gündəmdəki məsələ Pxenyanı öz nüvə proqramı barədə planı təsdiq etməyə inandırmaqdır. Bu ilin əvvəlində Şimali Koreya öz nüvə fəaliyyətləri haqda uzun müddət gözlənilən məlumatları açıqlamışdı. Bu deklarasiya altı dövlət arasında əldə edilmiş razılığın tərkib hissəsi idi. ABŞ rəsmiləri ümid etdiklərini deyirlər ki, Şimali Koreyanın Hilli Pxenyana dəvət etməsi yoxlama ölçülərini müzakirə etməyə hazırlığın göstəricisidir.

XS
SM
MD
LG