İranın ali dini lideri Ayətulla Əli Xamenei Qəzza Zolağındakı Həmas hökumətinə dəstək verəcəyinə söz verib. Bu gün Ramazan bayramı mərasimində çıxışı zamanı Ayətulla Xamenei Qəzzadakı Həmas lideri İsmayıl Haniyehə müraciət edərək deyib ki, İran fələstinliləri tək qoymayacaq. O, eləcə də dünya müsəlmanlarını İsrailə qarşı çıxmağa çağırıb. Bundan əlavə Ayətulla Xamenei Qəzza Zolağındakı fəaliyyətlərinə görə İsraili kəskin tənqid edib. Daha sonra cənab Xamenei beynəlxalq ictimaiyyətin İranın nüvə proqramını dayandırması tələblərinə məhəl qoymadığına görə İran prezidenti Mahmud Əhmədinejadı tərifləyib.