Accessibility links

Ukraynada kömür şaxtasında partlayış baş verib


Ukraynanın şərqində kömür şaxtasında metan qazının partlaması nəticəsində 6 nəfər həlak olub. Fövqəladə Hallar Nazirliyinin rəsmiləri deyir ki, hadisə bu gün səhər Luhansk regionunun Duvanna şaxtasında baş verib. Onların bildirdiyinə görə, 500 metr dərinlikdə olan şaxtadakı partlayış nəticəsində yanğın baş verməyib. Xilasetmə dəstələri qalan bütün 113 şaxtaçını evakuasiya etməyə müvəffəq olub. Ukrayna şaxtaları ölüm halları ilə nəticələnən hadisələrə görə tanınır.
XS
SM
MD
LG