Accessibility links

Sara Peylin Demokrat namizədi radikalla əlaqədə günahlandırır


Respublikaçı vitse prezidenlityə namizəd Sara Peylin Demokrat namizəd Barak Obamanın prezident qismində yararsızlığını nümayiş etdirmək üçün onu terroristlərə əlaqə saxlamaqda günahlandırıb. Alaska qubernatoru Peylin öz ittihamını Obamanın hazırda kollec professoru olan Vilyam Eyerzlə münasibətlərinə dair qəzetdə dərc olunmuş yazıya əsaslandırıb. 40 il bundan öncə Eyerz Vyetnam müharibəsinin əleyhinə kampaniya aparmaq üçün “Weather Underground” adlı militant qrup təsis etmişdi. Həmin qrup bir neçə federal hökumət binalarının partladılması üçün məsuliyyəti öz üzərinə götürmüşdü. 1990-cı illərdə Obama və Eyerz birlikdə Çikaqoda məktəb layihəsi üzərində və xeyriyyə fonundun idarə heyətində çalışıblar. Demokrat senator Eyerzin radikal fəaliyyətini pisləyib. Obama kampaniyası Peylinin şərhlərini təhqiramiz adlandırıb və onu seçicilərin diqqətini ölkənin iqtisadi problemlərindən yayındırmaq cəhdində günahlandırıb.
XS
SM
MD
LG