Accessibility links

Kimya sahəsində Nobel mükafatı laureatlarının adları açıqlandı


Kimya üzrə nüfuzlu Nobel mükafatı ilə bu il üç elm xadimi, xərçəng xəstəliyi kimi xəstəliklərin qarşısının alınmasında istifadə edilə biləcək yaşıl fluoressent proteininin kəşf edilməsi və tədqiqinə görə mükafatlandırılır. İsveç Kral Akademiyasının elmi katibi Qunnar Okyust kimya üzrə Nobel mükafatına layiq görülənlərin adlarını bu gün açıqladı. Mükafata layiq görülənlər yaşıl fluoressent zülalının kəşf edilməsi və tədqiqinə görə Nyu Yorkdakı Kolumbiya universitetinin professoru Martin Çelfi, Vudsun Okeanoqrafiya İnstitutunun professoru Osamu Şimomura və San Dieqodakı Kaliforniya universitetinin professoru Rocer Tsiendir.

Alimlərin Amerikanın elm ocaqlarında çalışmalarına baxmayaraq, Osamu Şimomura yaponiyalıdır. O, hələ 1962-ci ildə ilk dəfə olaraq Şimali Amerikada meduza növlərinin lüminessensiyasını müşahidə etmişdir. Nobel mükafatına layiq görülmüş digər iki alim onun tədqiqatını davam etdiriblər. Alimlərin meduzaların yaşıl zülal parıltısını öyrənməsi onlara insan orqanlarının funksiyası və xəstəliklərin bədəndə inkişafı proseslərini öyrənməsinə imkan vermişdir.

XS
SM
MD
LG