Accessibility links

Islamabadın polis qərargahında intiharçı hücumu həyata keçirilib


Pakistanın təhlükəsizlik rəsmiləri bilrdirirlər ki, paytaxt İslamabaddakı polis qərargahına edilən intiharçı hücumu azı 7 nəfərin yaralanmasına səbəb olub. Polisin bildirdiyinə görə, partlayış sürücünün maşını saxlayaraq, şirniyyat qutusunu həmin binada yerləşən anti-terror şöbəsinin işçilərinə verərkən olub. Partlayış binanı sıradan çıxarıb. Qeyd edək ki, keçən ay İslamabaddakı mehmanxana yaxınlığında 55 nəfərin ölümü ilə nəticələnən bomba hücumundan sonra paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bundan əlavə xəbər verilir ki, ölkənin Dir regionunda yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində üçü məktəb şagirdi olmaqla, azı 10 nəfər ölüb.

XS
SM
MD
LG