Accessibility links

Pakistanla İran qaz kəmərinin çəkilişinə dair razılığa gəlib


İran və Pakistan 7,5 milyard dollarlıq təbii qaz boru kəmərinin tikintisinə razılıq veriblər. İki min altı yüz kilometr uzunluğunda olacaq boru xətti İrandan başlayaraq Pakistan vasitəsilə Hindistana gedəcək.

Bu gün İslamabadda danışan İran xarici işlər naziri Manuçehr Möttəki deyib ki, hər iki ölkə Hindistanın bu bir neçə milyard dollarlıq layihəyə qoşulmasını müsbət qarşılayardı.

ABŞ İranın mübahisəli nüvə proqramı və Tehran terrorizmi dəstəklədiyi üçün İranın təcrid edilməsinin bir hissəsi olaraq kəmərin inşasına etiraz edir.

Hindistan enerjisinin 70 faizini idxal edir və ölkə rəsmiləri hələlik layihəyə qoşulacaqları barədə heç bir məlumat verməyiblər.
Bəzi rəsmilər boru xətti Pakistan ərazisindən keçdiyinə görə onun təhlükəsizliyindən narahatdırlar.

XS
SM
MD
LG