Accessibility links

Rusiya raket sınağı keçirib


Uzun mənzilli raketlərin sınağını müşahidə edən Rusiya prezidenti Dmiri Medvedev ölkəsinin raketlərdən müdafiə sisteminin güclü olduğunu deyib.

Rusiya bu gün Sakit okeanı hövzəsi və Barents dənizində sualtı qayıqlar, habelə ölkənin şimalında Plisetsk kosmodromunda raket sınağı keçirib.

Cənab Medvedev Plisetskdə sınağı müşahidə edib və deyib ki, Rusiya silahların yeni növünün inkişaf etdirilməsi üzərində işi davam etdirəcək. O hazırkı sistemlərin effektivliyindən razılığını bildirirərək, Rusiyanın raket qalxanının yaxşı vəziyyətdə olduğunu bildirib.

Moskva ABŞ-ın Polşa və Çex Respublikasında raket əleyhinə müdafiə sisteminə etirazını bldirir. ABŞ rəsmiləri raket qalxanının İran kimi ölkələrdən gələn təhlükə əleyhinə olduğunu bildirsə də, Rusiya buna özünün təhlükəsizliyinə hədə kimi baxır.

XS
SM
MD
LG