Accessibility links

Seçkilərin ilk rəsmi nəticələri açıqlandı


Azərbaycanın Mərkəzi Seçki Komissiyası oktyabrın 15-də ölkədə keçirilmiş prezident seçkisinin ilkin rəsmi nəticələrini elan edib.

Nəticələrə görə, hazırkı prezident İlham Əliyev seçicilərin 89,04 faizinin səsini qazanıb.

Digər namizədlərin əldə etdiyi nəticələr isə aşağıdakı kimidir.

İqbal Ağazadə - 2,78 faiz,

Fazil Qəzənfərov – 2.4 faiz,

Qüdrət Həsənquliyev – 2,22 faiz,

Qulamhüseyin Əlibəyli – 2,18 faiz,

Fuad Əliyev – 0,75 faiz,

Hafiz Hacıyev – 0,62 faiz.

"Amerikanın səsi"nin əməkdaşı Tapdıq Fərhadoğlunun Bakıdan verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov gecəyarısı keçirdiyi mətbuat konfransında seçkinin nəticələrinə təsir edəcək heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib. Cənab Pənahov deyib ki, beynəlxalq müşahidəçilərdən də bu yöndə hər hansı şikayət daxil olmayıb.
Qərb dairələri Azərbaycandakı prezident seçkisinin müxalifətin boykotu ilə, rəqabətsiz mühitdə keçdiyinə diqqəti çəkirlər.

XS
SM
MD
LG