Accessibility links

Azərbaycanlılar Amerikada səs verdilər


Amerikada yaşayan azərbaycanlılar bu gün Vaşinqtondakı Azərbaycan səfirliyində təşkil olunmuş seçkilərdə iştirak ediblər.
Rəsmi məlumatlara görə, hazırda paytaxt Vaşınqton da daxil olmaqla Amerikanın Şimal Cənubu boyunca 37 ştatında qeydiyyatdan keçmiş azərbaycanlıların sayı təxminən 1900-ə yaxındır. Onlardan yalnız 98 nəfəri səsvermə hüququna malikdir. Bundan əlavə iş və digər məqsədərlə Amerikaya gələn azərbaycanlılar da bu gün həmyerliləri ilə birlikdə Vaşınqtondakı Azərbaycan səfirliyində səsverməyə qoşulublar.
Digər seçki məntəqəsi isə Azərbyacanın Loc-Ancelesdəki Daimi Nümayəndəliyində yaradılıb və orada təxminən 100-dən artıq azərbaycanlının səs verəcəyi gözlənilir.
Vaşınqtondakı 38 saylı Azərbaycan Seçki Məntəqəsinin sədri Ali Qarayev deyir ki, seçkilrlə bağlı bütün prosedurlara əməl olunub:
Cənab Qarayevin sözlərinə görə, seçkilər aktiv keçir, iş günü olmasına baxmayaraq, ehtimal olunan seçicilərin 35 faizdən artığı saat 12-dək səs verib.
Öz növbəsində, Amerikada yaşayan azərbaycalılar seçki prosesinin ölkənin taleyində mühüm mərhələ olduğu fikrindədirlər. Xüsusilə də Azərbaycanın Qərbdəki nüfuzu baxımından. Bir sıra seçki ekspertləri isə diqqəti buna yonəldirlər ki, Azərbacanın xaricdəki seçici potensialı ümumilikdə səsvermənin ümumi nəticələrinə təsir göstərəcək sayda deyil.

XS
SM
MD
LG