Accessibility links

İrandan İraqa müntəzəm təyyarə uçuşları başlayıb


İranın Dövlət xəbər agentliyi bildirir ki, 30 ildən bəri ilk dəfə olaraq İrandan İraqa müntəzəm uçuşlar həyata keçirilməyə başlayıb. İRNA agentliyinin verdiyi məlumata görə, özəl Mahan Hava Yolları şirkəti Tehran və Bağdad arasında həftədə üç uçuş həyata keçirəcək. Dünən 192 sərnişini daşıyan ilk təyyarə Bağdadın hava limanında enib.
İki ölkə arasında müntəzəm uçuşlar 1980-ci ildə İran-İraq müharibəsinə görə kəsilmişdi. Münasibətlərin yaxşılaşmasına daha bir nümunə Küveytin 1991-ci ildən sonra ikl dəfə olaraq Bağdada səfirni göndərmək qərarıdır. küveytin səfiri Əli əl-Mumin Bağdadda gələn həftədən səlahiyyətlərinin icrasına başlayacaq.

XS
SM
MD
LG