Accessibility links

Şon Makkormak: “Irəliləyiş olub, düzəlişlərə ehtiyac var”


"Azərbaycanda seçki prosesində müəyyən irəliləyişlər olub, lakin hələ də bəzi düzəlişlərə ehtiyac var". Bunu Amerika Dövlət Departamentinin sözçüsü Şon Makkormak oktyabrın 16-da keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycan xalqını seçkilərin baş tutmasına görə təbrik edib və səsvermə ilə bağlı ATƏT-in bir sıra hesabat tərtib edəcəyini xatırladıb.
Prezidentliyə namizəd İlham Əliyevin 90 faiz səslə qələbə qazanmasına dair sualı birbaşa cavablandırmaqdan imtina edən cənab Makkormak əvvəlki seçkilərlə müqayisə aparıb və müəyyən irəliləyişlər olduğunu, lakib bəzi islahatlara ehtiyac duyulduğunu vurğulayıb.

XS
SM
MD
LG