Accessibility links

Qəndəharda 30 nəfər qətlə yetirilib


Taliban yaraqlıları Əfqanıstanın cənubuna avtobusla səfər edən 30-dan çox insanı öldürüb. Müdafiə Nazirliyinin sözçüsü general Zahir Əzimi deyir ki, yaraqlılar Talibanın sığınacağı hesab olunan Qəndəhar vilayətində cümə axşamı avtobus və onun 50 sərnişininə hücum edib. Sözçünün bildirdiyinə görə, hadisə yerində 30 cəsəd aşkar edilib. Onlardan 6-nın başı kəsilib. Digər sərnişinlərsə azadlığa buraxılıblar. Hücumun məsuliyyətini qrupun üzərinə götürən Taliban sözçüsü 27 əfqan əsgərin də qətlə yetirildiyini bildirib. Regionla əlaqənin məhdud olmasından ölənlərin sayı ilə bağlı müstəqil məlumat vermək mümkün olmayıb.
XS
SM
MD
LG