Accessibility links

Cənubi Koreya lideri Şimal qonşusunun sabitliyinə əmindir


Cənubi Koreya Prezidenti Li Myunq-bak deyir ki, Şimali Koreya lideri Kim Conq İl Seulda diktatorun səhhəti ilə bağlı dolaşan xəbərlərə baxmayaraq hələ də ölkəsini idarə edir. Fransız qəzeti Le Figaro-ya müsahibə verən cənab Li deyir ki, o, cənab Kimin səhhəti üzündən Şimali Koreyada hansısa dəyişikliyin baş verdiyinə inanmır. Bir aydan çox ictimaiyyətdə görünmədikdən sonra Cənubi Koreya kəşfiyyat mənbələri güman edirlər ki, cənab Kim Avqustda ürək tutması keçirib. Şimali Koreya rəsmiləri diktatorun hərbi hissəyə baş çəkdiyini göstərən şəkillər açqlayıb. Lakin ekspertlər şəkillərin bu yaxınlarda çəkildiyinə şübhə edirlər. 66 yaşlı Kimin sağlamalığı totalitar dövlətdə hakimiyyət böşluğu əmələ gəlməsi haqda spekulyasiyalara yol açıb.
XS
SM
MD
LG