Accessibility links

ABŞ hərbi qüvvələri Babil vilayətinin nəzarətini İraq qüvvələrinə təhvil verdi


ABŞ hərbi qüvvələri İraqın bir zamanlar zorakılıqlara səhnə olmuş Babil vilayətinin nəzarətini İraq təhlükəsizlik qüvvələrinə təhvil verib. Bununla İraq təhlükəsizlik qüvvələri ölkənin 18 vilayətindən 12-ə indi nəzarət edir. ABŞ hərbi qüvvələrinin İraqda ikinci yüksək rütbəli komandiri general-leytenant Lloyd Ostin bu gün bununla bağlı xüsusi mərasimdə deyib ki, Babildə təhlükəsizlik səviyyəsi xeyli düzəlib. Onun sözlərinə görə, son bil il ərzində hücumlar 80 faiz azalıb.

XS
SM
MD
LG