Accessibility links

Balidəki bomba hücumu təşkilatçılarının ölüm hökmü noyabrda icra ediləcək


İndoneziya rəsmiləri bəyan ediblər ki, 2002-ci ildə turist şəhəri Balidə 202 adamın ölümü ilə nəticələnən bomba hücumunun təşkilatçıları, 3 İslamçı terroristə qarşı çıxarılan ölüm hökmü bu yaxınlarda icra olunacaq. İndoneziyanın vəkillər baş qərargahının sözçüsü Casman Panjaitan bu gün müxbirlərlə söhbəti zamanı müttəhimlərə qarşı çıxarılan ölüm hökmlərinə dair bütün qanuni proseslərin başa çatdırıldığını deyib. Cənab Casman dəqiq gün barədə məlumt verməyərək, hökmün noyabr ayının əvvəllərində həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, İmam Samudra, Amrozi Nurhaşim və Əli Qufran beş il bundan əvvəl, 2002-ci ildə Balidə çoxu turist olmaqla, 202 nəfərin ölümü ilə nəticələnən intiharçı bomba hücumunu planlaşdırmaqda günahlandırılaraq, ölüm hökmünə məhkum edilmişdilər.

Onların hər üçünün 2003-cü ildə Cakartadakı Meriott mehmandanasında həyata keçirilən bomba hücumunda da günahlandırılan Cənub-Şərqi Asiya terrorist qrupu Cemah İslamiyyənin üzvü olduğu deyilir.

Rəsmilər son bir neçə il ərzində bir çox genişmiqyaslı bomba hücumları həyata keçirən Cemah İslamiyyə təşkilatı ilə əlaqəsi olan 300-dən çox yaraqlının həbs edildiyini bildirir.

XS
SM
MD
LG