Şimali və Cənubi Koreya iki dövlət arasında hərbi
qaynar xət daxil olmaqla bir sıra məsələlər üzərində danışıqlar aparmağa razı
olublar. Cənubi Koreyanın Müdafiə
Nazirliyi bu gün bildirib ki, görüş Bazar Ertəsi sərhəd şəhəri olan Pacuda
keçiriləcək. Şimal təklif edib ki, iki
tərəf arasında telekomunikasiyanı təkmilləşdirmək məqsədilə zabit səviyyəsində
danışıqlar aparılsın. Cənubi Koreyanın
Yonhap xəbər agentliyi bildirir ki, iki ölkənin 9 hərbi qaynar xətti var, lakin
onlardan biri texniki nasazlıq üzündən işləmir.
Görüş bu ay keçiriləcək ikinci görüş olacaq. Son il ərzində iki Koreya arasındakı bütün
başqa təmaslar dondurulub.