Accessibility links

Rusiya Avropa Birliyinin müşahidəçilərini separatçı regionlara buraxmır


Rusiya müstəqil dövlət kimi tanıdığı Gürcüstan separatçı regionlarında Avropa Birliyi müşahidəçilərinin yerləşdirilməsinin əleyhinə çıxır. Xarici işlər naziri Sergey Lavrov bu gün ölkəsinin mövqeyini Sankt Peterburqda Fransız həmkarı Bernard Kuçnerlə görüşündə açıqlayıb. Lavrov bildirib ki, Cənubi Osetiya və Abxaziyada təhlükəsizliyi həmin ərazilərdə yerləşdirilmiş minlərlə rus əsgəri təmin edəcək. Avropa Birliyinin müşahidəçiləri Gürcüstana 4 həftə bundan əvvəl daxil olublar. Lakin Moskva və separatçı liderlər birliyin missiyasını Gürcüpərəst mövqe tutmaqda günahlandırır.
XS
SM
MD
LG