Accessibility links

Barak Obamanın siyasi portreti


Barak Obama 47 il bundan əvvəl Havay adalarında dünyaya gəlib. Atası kenyalı, anası Kanzas ştatından, amerikalıdır. Orta məktəb illərinin bir hissəsini İndoneziyada keçirən Obama Kolumbiya və Harvard universitetlərində hüququşunas təhsili alıb. Demoakrat namizəd siyasi karyerasına Çikaqonun yoxsul məhəllərində ictimai qurumlar təsis etməklə başlayıb. 2004-cü ildə senata seçilən Obama həmin il demokratların milli konvesiyasındakı çıxışı ilə diqqətləri cəlb edir. Obamanın amerikalılara ruh yüksəkliyi bəxş edən digər bir qələbəsi onun yanvar ayında Demoakrat Partiyasının kokusundakı qələbəsi olur.

Barak Obamanın seçkiqabağı kampaniyasının güclü təşkil edildiyini deyilir. Kampaniyaya verilən maliyyə dəstəyi Obamanı reklamlar hazırlamaqla bir president kimi hansı məsələlərə üstanlük verəcəyini göstərməsinə imkan yaratdı. Obamanın Avropaya, İraqa və Əfqanıstana səfərləri onun xarici və hərbi siyasətinə etimad qazandırdı. Maliyyə böhranından narahat seçicilər Obamanın vədlərinə iannır. Lakin vergilərlin ixtisarına dair democrat namizədin platforması respubliaçı Makkaeynin tənqidi ilə qarşılanıb.
Prezident seçilməsə belə Obamanın adı artıq ilk qaradərili namizəd kimi tarixə düşüb.

XS
SM
MD
LG