Accessibility links

Şimali Osetiyada bomba hücumu baş verib


Rusiyanın Şimali Osetiya respiblikasının rəsmiləri bildirirlər ki, Vladikafkaz şəhərində qadın intiharçının boma hücumu nəticəsində azı səkkiz adam həlak olub. Hökumətin mətbuat xidmətinin bildirdiyinə görə ilkin təhqiqatın nəticələrinə görə yaralananların sayı bir uşaq da daxil olmaqla, 28 nəfərdir. Bundan öncə ölənlərin sayının bundan daha artıq olduğu bildirilmişdi.

Moksvada Rusiya prezidenti Dmitri Medvedev təhqiqatı diqqətlə izlədiyini bildirib.

XS
SM
MD
LG