Ukrayna Avropanın coğrafi
mərkəzində yerləşir ki, bu da sabiq Sovet respublikasına iqtisadiyyatını Rusiyaya
yaxud Qərbə doğru istiqamətləndirmək arasında seçim verir. "Bazar və biznes milliyət ya
sərhəd tanımır," deyə qərbi Ukrayna biznesmeni bildirir.
“Onların iyi də yoxdur,” deyə
onun şərqi Ukraynalı həmkarı əlavə edir.
Və hər ikisi razılaşır ki, pul puldur.
Yevhen Bısovski qərbi Lvov şəhərində Rosanpak Qablaşdırma Şirkətinin direktorudur. Rosanpakın 40 milyon dollarlıq dövriyyəsinin 30 faizi Rusiyadan qaynaqlanır. Oleh Lohvinov isə şərqi Donetsk şəhərində Konfeksiya Şirkətinin direktorudur. Kontinin Rusiyada 90 milyon dollarlıq satışları Ukraynadakından çoxdur. Lohvinov deyir ki, Kontinin prioriteti Avropa Birliyi əvəzinə Ukrayna, Rusiya, Çin və başqa post-Sovet ölkələrində biznesi genişləndirməkdir.
Lohvinov deyir ki Avropa bazarı çoxdan dolub və sabitləşib. Burada brend qazanmaq və kapital yaratmaq çox müşkül məsələdir. Biznesmen söyləyir ki, o, bir çox başqa ölkədə daha az xərcləyərək daha yaxşı nəticələrə nail ola bilər. Rosanpakdakı yüksək sürətli maşınlar tortlar, dondurmalar və başqa istənilən məhsul üçün tez bir zamanda keyfiyyətli plastik qablar istehsal edə bilər.
Direktor Yevhen Bısovski deyir ki, şirkətin satışlarının yalnız 4-də 1-i Avropa Birliyinin payına düşür. O, əlavə edir ki, Şengen Gömrülk Razılaşması bir çox məhdudiyyətlər tətbiq edir ki, bu da Ukraynalı bizneslərin qərbə doğru genişlənməsinə maneələr yaradır. Rosanpakın işçisi üçün Avropaya getmək viza tələb edir. Şengen Zonasına 5 illik visa verilmədiyindən hər dəfə Avropaya səfər etmək istəyən müsafir yenidən visa almalıdır ki, bu da əlavə vaxt və enerji aparır. Bəzi Ukraynalılar qorxur ki, Rusiyanın ölkədəki investisiyası özü ilə bərabər xoşagəlməz mədəni təsirləri də yamağa başlayar.
Lvov Ticarət Palatasının vitse prezidenti Yuri Pukalski deyir ki, bu baş verə bilər, amma ondan qorxmaq lazım deyil. Pukalski söyləyir ki, Ukraynalılar özləri güclənsələr onda rusların təsiri qorxunc görünməz. Bu yolla rus pulu Ukrayna iqtisadiyyatının mənfəətinə xidmət edər, lakin əsas vəzifə Ukraynanı gücləndirməkdir. Pukalskinin Donetskdəki həmkarı Hennadi Çijikov deyir ki, Ukraynalı biznesmenlər də məhz bunu edirlər. Onlar rusların rəqabətini tanıyır və və xarici rəqbilərlə bazarda rəqabət aparmaq üçün milli mənsubiyyətlərini dərk edirlər. Çijikovun sözlərinə görə Ukraynalı biznesmenlərin assosiasiyalar yaratması ölkədə sivil cəmiyyətin formalaşmasından xəbər verir.
Lakin Ukrayna biznesinin tam şəkildə rəqabət aparmasına hələ çox qalır. Maneələrədn başlıcası isə Kiyevdə parlamentlə prezident institutu arasındakı siyasi çəkişmədir ki, bu, Ukraynalı biznesmenlərə vacib olan qanunların qəbul edilməsinə əngəl törədir.