Accessibility links

ABŞ Müdafiə naziri Estoniyada NATO sammitində iştirak edir


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Amerikanın Ukrayna və digər Şərqi Avropadakı müttəfiqlərinə dəstəyini nümayiş etdirmək məqsədilə,bu gün Estoniyada keçiriləcək NATO görüşünə qatılacaq.

Pentaqın sözçüsü Ceff Morell dünən deyib ki, Rusiya avqust ayında Gürcüstana müdaxilə etməsəydi cənab Geyts bəlkə də bu görüşə getməycəkdi. Ancaq onun sözlərinə görə, Geyts Baltik ölkələr, Ukrayna və Şərqi Avropadakı digər müttəfiq dövlətlərə Birləşmiş Ştatların onların yanında olduğunu nümayiş etdirmək istəyir.

NATO nazirləri çərşənbə günü Tallində görüşərək, Ukraynanın Alyansa üzvlük istiqamətdə gördüyü işlərə, habelə hərbi islahatlara qiymət verəcəklər.

Lakin nazirlərin hər hansı qərar qəbul edəcəyi gözlənilmir.

Rusiya NATO-ya can atan Ukrayna və Gürcüstanın bu Alyansa üzvlüyünə qarşıdır.

XS
SM
MD
LG