Accessibility links

ABŞ beynəlxalq radio stansiyaların yayımı ilə bağlı narahatlıqlarını Azərbaycana bildirib


Birləşmiş Ştatların Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının Azərbaycanda yayılması iki dövlət arasındakı məqsədlərdən biri kimi səciyyələndirilə bilər. Səfir Dersi “Amerikanın səsi”nin sualının cavabında bildirib ki, Birləşmiş Ştatlar artıq bu radioların Azərbaycanda yerli tezliklərdə ilin sonundan yayımının mümkünsüzlüyü ilə bağlı öz dərin narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə danışıqlar aparılıb.“Ümidvar olmaq isərdik ki, Azərbaycan hökuməti bizim mövqeləri və həmçinin bu cür radiostansiyaların fəaliyyətinin davam etdirilməsinin mahiyyətini və vacibliyini başa düşür”. Səfir daha sonra əlavə edib ki, Azərbaycan vətəndaşları tərəfindən də artıq bu radioların fəaliyyətin davam etdirilməsi üçün müxtəlif səslər gəlir. Dersi umid edib ki, “Amerikanın səsi”, “Azadlıq” və BBC radiostansiyaları fəaliyyətini davam etdirməklə, Azərbaycanın mediasına da yeni töhfələr verəcək.

XS
SM
MD
LG