Accessibility links

Barak Obama keçid dövrü komandasının təşkilini davam etdirir


ABŞ prezidenti seçilmiş Barak Obamanın hakimiyyətə gələcək administrasiyası çoxu keçmiş prezident Bil Klintonun administrasiyası dövrü tanınan demokrat siyasətçilərdən ibarət müşavirlər və kadrların seçilməsilə məşğul olur. Cənab Obama Dövlət Depratamenti, Müdafiə və Maliyyə nazirliklərinə namizədlərin seçilməsi üçün ekspetlərdən ibarət qrupu təşkil edir. Komandaya seçilmiş altı ekspert cənab Klintonun administrasiyasında çalışıb.

Demokrat partiyasının rəsmilərinin bildirdiyinə görə, vitse-prezident seçilmiş Co Bayden keçmiş vitse-prezident Al Qorun aparatının rəhbəri olmuş Ron Klaynı eyni vəzifəyə seçib.

Co Bayden və onun həyat yoldaşı Cil bu gün vitse-prezident Dik Çeyni ilə onun rəsmi igamətgahında görüşəcəklər.

XS
SM
MD
LG