Fələstinli tibb işçiləri
bildirirlər ki, Qəzzanın şimalında bomba partlayışı nəticəsində bir yaraqlı daxil olmaqla iki
fələstinli həlak olub. Fələstinli
şahidlər deyirlər ki, İsrail təyyarəsinin atdığı bomba partlayışa səbəb olub. İsrail
hərbçiləri bu ittihamı təkzib edirlər. Tərəflər
arasında iki həftəyə yaxındır davam edən atışmalar 5 ay öncə İsraillə Qəzza
yaraqlıları arasında imzalanan atəşkəs müqaviləsinin pozulmasına gətirib çıxara
bilər. İsrailin hərbi qüvvələri bir neçə yaraqlını öldürüblər.Yaraqlı qruplar
isə İsrailə raket və qumbara atıblar.
Fələstinlilərin müzakirəçisi Saeb Erekat deyir ki, prezident Mahmud Abbas bazar ertəsi baş nazir Ehud Olmertlə Qüdsdə görüşəcək
və onunla Qəzza zolağında atışmaların yenidən başlanması, sülh prosesi və digər
məsələləri müzakirə edəcək.