Accessibility links

Ted Stivens demokrat rəqibinə uduzub


Ötən ay korrupsiya ittihamları ilə məhkum olunmuş Respublikaçı senator Ted Stivens son seçkilərdə az səs fərqi ilə məğlub olub. Noyabrın 4-də keçirilmiş səsvermənin son nəticələri Stivensin Demokrat rəqibi Mark Beqiçə 3,700 səslə uduzduğunu göstərir. Seçki rəsmiləri hələ sayılmalı 2500 seçki bülleteninin qaldığını deyirlər. Lakin bütün hallarda hazırkı fərqi aradan qaldırmaq Senator Stivensə müyəssər olmayacaq. Çərşənbə axşamı 85 yaşa çatmış Stivens neft kontraktorundan hədiyyələr aldığına görə məhkum edilib. O, səhv iş tutduğunu inkar edir. Veteran qanunverici 1968-ci ildən bəri ABŞ senatında xidmət edir. Stivensin məğlubiyyəti Demokratlara senatda 58 yer verir ki, bu da, filibasterə immunitet verən 60 səsdən 2 yer azdır.

XS
SM
MD
LG