Demokrat
mənbələrin məlumatına görə, ABŞ-ın növbəti prezidenti Barak Obama Daxili
Təhlükəsizlik nazirliyinin rəhbəri vəzifəsinə Arizona qubernatoru Canet
Napolitanonu seçib. Napolitano sərhəd
ştatına rəhbərlik edir, onun immiqrasiya və təhlükəsizliklə bağlı fəaliyyətləri
alqışlanır. Demokrat rəsmilər habelə
deyirlər ki, cənab Obamanın Səhiyyə və Humanitar Xidmətlər Departamentinə
rəhbər seçdiyi sabiq Senat çoxluq lideri Tom Dəşl kabinet postunu qəbul edib. Obama keçid komandası məlumatı təsdiqləməyib,
lakin bildiriblər ki, cənubi dakotalı demokrat tibb xidmətləri üzrə müşavirlərə
başçılıq edəcək. Dəşl ABŞ-ın səhiyyə
xidmətləri haqda kitab yazıb və o, cənab Obamanın erkən tərəfdarları sırasında
olub. Bu arada Senator Hillari
Klintonun ABŞ-ın növbəti dövlət katibi olacağı haqda spekulyasiyalar dolaşır.